Putin Tokayevlə təyyarə qəzasını müzakirə edib

Kremlin təşəbbüsü ilə Putinlə Qazaxıstan prezidenti Tokayev arasında telefon danışığı olub.

Azpost bildirir ki, Kremlin yayıdığı press-relizə görə, Rusiya və Qazaxıstan prezidentləri
təyyarə qəzası ilə bağlı bir-birinə başsağlığı verib.

Tərəflər bildirib ki, baş verənlərin bütün təfərrüatlarını araşdıran Qazaxıstan hökumət komissiyası qəza yerindən tapılan səs yazılarının deşifrəsinə Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertləri cəlb edəcək. Qazaxıstan ərazisində aparılan bu iş obyektiv və şəffaf olacaq.

İki ölkənin liderləri həm Azərbaycan təyyarəsi ilə baş vermiş faciəvi insidentin bütün hallarının araşdırılması ilə bağlı məsələlər, həm də Rusiya-Qazaxıstan əməkdaşlığının gələcək inkişafı üçün aktual mövzular üzrə daimi təmasda olacaqlar.

Əvvəlki məqalə

Almaniya Kiyevə ildə 20 milyard avro ödəməlidir

Sonrakı məqalə

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə su olmayacaq