Respublika Olimpiya Mərkəzində keçirilən atletika üzrə 38-ci Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.
Milli Olimpiya Komitəsindən verilən məlumata görə, 140-dan çox idmançının qatıldığı yarışda artıq 3 növ üzrə medallar öz sahibini tapıb.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda Lamiyə Vəliyeva çempion olub. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı 7,72 saniyəlik nəticə göstərib.
Digər qaliblər isə bunlardır:
60 metr məsafəyə qaçış
Qadınlar
Lamiyə Vəliyeva
Kişilər
Əli Abdiyev
400 metr məsafəyə qaçış
Qadınlar
Tutuxanum İsrafilova
Kişilər
Səid Məmmədov
1500 metr məsafəyə qaçış
Qadınlar
Anna Yusupova
Kişilər
Allahqulu Hüseynov
Nüvə itələmə
Qadınlar
Günel Hüseynova
Kişilər
İsmail Əliyev
Üç təkanla tullanma
Qadınlar
Yekaterina Sariyeva
Kişilər
Rüstəm Məmmədov
Qeyd edək ki, 38-ci qış çempionatına fevralın 4-də yekun vurulacaq.