Tovuzda ağır avtomobil qəzası –

2 ölü, bir yaralı var
23 Oktyabr 2019 - 21:45

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər – 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.