Tovuzda itkin düşən 10 yaşlı qızın meyiti tapıldı –

Yanıq xəsarətləri aşkar edilib
06 Yanvar 2020 - 21:53

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

Azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.

Meyitdə yanıq xəsarətlərinin olduğu bildirilir.

Qeyd edək ki, N.Quliyeva noyabrın 21-də qonşudakı toydan evə gedərkən yoxa çıxıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. (APA)