Tovuzda məktəbdə 5 şagird dəm qazından zəhərlənib

Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.

İlkin məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Zəhərlənən şagirdlər 2011 və 2012-ci il təvəllüdlüdürlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.