Tovuzda öldürülmüş vəkilin cinayət işini Baş Prokurorluq aparacaq –AÇIQLAMA

Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Xatıqladaq ki, bu gün səhər saatlarında Tovuz rayon Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Əli Şəmiyev Firudin Ələkbərlini güllələyib. F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Şəmiyev polisə könüllü təslim olub.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Qeyd edək ki, qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədalət Partiyasının təşkilat sədri Tovuzda qətlə yetirilib –

Sonrakı məqalə

Sentyabrın 16-da ölkədə TV və radio yayımı dayandırılacaq