Tovuzda öldürülən məhkəmənin sabiq sədridir –SƏBƏB

Tovuzda güllələnən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. 

Bu barədə Kollegiyadan bildirib.  APA-nın əldə etdiyi məlumata görə, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Tovuzda vəkili güllələyən şəxs tutulub.

polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb. 

F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həkimin süni mayalanmada səhvi ailəni dağıtdı –

Sonrakı məqalə

XİN bəyanat verdi: