Tovuzda yanğın olub, ölən var

ölü

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb. 

Yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir