Yaponiyanın avtomobil istehsalçısı “Toyota” dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çində 5 fərqli şirkət ilə elektrikli avtomobillərin istehsalı üzrə əməkdaşlıq edəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Toyota” yeni şirkətin yanacaq hüceyrələri sistemi üzərində işləyəcək.
Məlumata görə, “Toyota”, “FAW”, “Dongfeng”, “Beijing Automotiv”, “GAC” və “Beijing SinoHytec” tərəfdaşlığı ilə yaradılan şirkətin mərkəzi Pekin şəhərində yerləşəcək. 46 milyon ABŞ dolları məbləğində investisiya ilə qurulan şirkətin 65%-I “Toyota”ya məxsus olacaq.