“Traktor Sazi” Mustafa Denizli ilə yollarını ayırıb

İranın “Traktor Sazi” klubu baş məşqçi Mustafa Denizli ilə yollarını ayırıb.

“Report”un məlumatına görə, türkiyəli mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Ona xidmətləri qarşılığında minnətdarlıq ifadə olunub.

“Traktor Sazi” Mustafa Denizlinin karyerasında ikinci İran təmsilçisi olub. 70 yaşlı mütəxəssis əvvəllər PAS və “Persepolis” komandalarında da çalışıb. O, 2013/2014 mövsümünün ikinci yarısında “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Qeyd edək ki, Mustafa Denizlinin rəhbərliyi altında “Traktor Sazi” 9 oyundan 5 qələbə, 2 məğlubiyyət və 2 heç-heçə ilə ayrılıb. Hazırda Təbriz komandası 11 oyundan 18 xalla 8-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Dünya Bankına çağırış etdi:

Sonrakı məqalə

Hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri toplandı