ABŞ Prezidenti Tramp Ərdoğana milyard dollarlıq sövdələşmə və Rusiyanın S-400 raketlərinə görə sanksiyalardan qaçmaq üçün vən münasib üsulu təklif edib.
Azpost. info bildirir ki, bu barədə “Vaşinqton Post”a ABŞ Administrasiyasındakı mənbə deyib. Ərdoğana məktubunda Tramp iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün 100 milyard dollarlıq ticarət müqaviləsi imzalanmasını təklif edib. Sövdələşmənin detalları açıqlanmır.
Xatırladaq ki, noyabrın 12-də Ərdoğan Vaşinqtona səfər gəlib. O Trampla təkbətək görüş keçirəcək.