Tramp ABŞ-a qaçqın qəbulu limitini azaldıb- Yeni rəqəmlər

ABŞ Prezidenti Donald Tramp 2020-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu limitini 18 min nəfərə qədər azaltmağı qərara alıb.

Azərtac xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Sənəddə bildirilir ki, 2020-ci maliyyə ilində 18 min nəfərdən çox qaçqının Birləşmiş Ştatlara buraxılmaması humanitar nəzər nöqtəsinə görə əsaslıdır və milli maraqlara cavab verir, – deyə sənəddə bildirilir.

2019-cu maliyyə ilində bu limit 30 min nəfər olub. Beləliklə, qaçqın qəbulu demək olar, iki dəfə azaldılıb. İki il əvvəl isə ABŞ 110 min qaçqın qəbul etmişdi.

Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp qaçqınların ölkə ərazisində çox vaxt yerli və ştatın hakimiyyət orqanlarının icazəsi nəzərə alınmaqla yerləşdirilməsini ehtiva edən fərman imzalamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmsəddin Xanbabayeva yeni vəzifə həvalə olundu

Sonrakı məqalə

SOCAR: