Tramp ABŞ-ın Meksika ilə sərhədini ziyarət edəcək

28 Mart 2021 - 10:00

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.

Bu barədə Tramp “Fox News”a açıqlamasında deyib.

O bildirib ki, səfərdə məqsəd sərhəddə xidmət aparan sərhədçilər, immiqrasiya və gömrük polisinə dəstək olmaqdı.

Keçmiş Prezident əlavə edib ki, sadaladığı qurumların əməkdaşlarının liderə ehtiyacı var: “Səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər. Biz burda danışırıq, hazırda minlərlə insan Meksikadan bibaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası son vaxtlar Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan insan axınının artması fonunda ciddi şəkildə tənqid olunur.