“Tramp ABŞ-ın təhlükəsizliyini Rusiya və İrandan asılı qoyub” –

Amerikalı analitik
21 Oktyabr 2019 - 09:16

“Prezident Tramp ordunu Suriyadan çıxarmaq qərarı ilə Amerikanın milli təhlükəsizliklə bağlı mühüm məsələləri  təhlükəli oyunçuların əlinə verir”.

 Azpost.info bildirir ki, bu sözləri CNN-in analitiki Samanta Vaynoqred bildirib. Onun fikrincə, Trampın hərəkətlərini “rus ruletkası” ilə müqayisə etmək olar. Analatik deyib ki, bu qərarı ilə Tramp ABŞ öz müttəfiqi olan kürdləri satıb və ABŞ-ın “etibarlı tərəfdaş”nufuzunu zədələyib: “Tramp ABŞ-ın bir sıra prioritetlərini, o cümlədən terrora qarşı mübarizə və İsrailin müdafiəsini bir sıra şübhəli liderlərin qərarlarından asılı salıb”.

Vaynoqred qeyd edib ki, ABŞ-ın terrora qarşı olan missiyası Türkiyə, Rusiya və İrana keçib: “Son iki dövlət ABŞ əsas düşmənləridir”.    

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumatda qeyd olunurdu ki, Tramp ordunun Suriyadan çıxarmaq qərarında dəyişiklik edəcək. Prezident Suriyada 200 xüsusi təyinatlı saxlamaq istəyir.