Tramp Bağdadı da sanksiya ilə hədələdi:"Bizə borcunuzu ödəməyincə İraqdan çıxmayacağıq"

ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən “düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

“TASS” agentliyi xəbər verir ki, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

“Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar”, – deyə Tramp belə bildirib.

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanıb –

Sonrakı məqalə

İmişlidə 5 otaqlı ev yanıb