Tramp Bağdadinin necə öldürülməsini canlı izlədi:

"Bomba ilə özünü və 3 uşağını partlatdı"
28 Oktyabr 2019 - 00:15

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi oktyabrın 26-da ABŞ xüsusi təyinatlılarının 8 helikopterin iştirakı ilə keçirdiyi gizli bir əməliyyatla öldürülüb.

Reyting.az xəbər verir ki, bu faktı canlı yayımda olan ABŞ prezidenti Donald Tramp təsdiq edib.

O bildirib ki, əməliyyat çox məxfi aparılıb: “Hətta öz hərbi dairələrimizin çoxu bu haqda məlumatsız idi. İnformasiya sızmamasına görə, əməliyyatı çox gizli həyata keçirdik. Yalınız bölgədəki məhdud dairələr məlumatlandırıldı. Türkiyə də məlumatlı idi, onlar yardım etdilər, çox gözəl idilər”.

Tramp bildirib ki, ABŞ xüsusi təyinatlıları İdlibdə əvvəlcə əl-Bağdadinin gizləndiyi yeri aşkar ediblər:

“Bağdadi tuneldə üzərinə bağladığı bomba ilə özünü və 3 uşağını partlatdı. Bu əməliyyatlı canlı izlədim, film seyr edirmiş kimi. Hərbçilərimiz çox möhtəşəm idilər. Onların əməliyyata sağ girib, salamat çıxması önəmli idi. Biz bunu bacardıq”.