Tramp bu gün Fələstinlə bağlı mühüm planını elan edəcək

Ağ Ev yanvarın 28-də ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizama salınması üzrə planını elan edəcək.

TASS xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl bildirib.

“Sabah saat 12-də biz planı elan edəcəyik”, – ABŞ lideri deyib.

Tramp qeyd edib ki, Netanyahu planı dəstəkləyib. Vaşinqton administrasiyası başçısının fikrincə, gələcəkdə Fələstin tərəfi də onu dəstəkləyəcək.

“Bu odur ki, onlar (fələstinlilər) onu istəməlidir. Ehtimal ki, onlar əvvəlcə bunu istəməyəcəklər, amma düşünürəm, yekunda onlar (bunu) istəyəcəklər, bu, onlar üçün çox yaxşıdır. Baş nazirin (İsrailin) bizə dəstəyi var, başqa tərəflərin bizə dəstəyi var. Hesab edirik ki, sonda bizdə fələstinlilərin dəstəyi olacaq, baxarıq. Əgər biz onu (dəstəyi) alsaq, bu, hamı üçün inanılmaz hədiyyə olacaq, əgər almasaq, həyat davam edir”, – ABŞ prezidenti deyib.

Bundan başqa, Trampın iddiasına görə, planı “bir çox ərəb ölkələri” dəstəkləyir. “Bu plan Yaxın Şərqdə sülh üçün çox əhəmiyyətlidir. Bunun (Fələstin-İsrail münaqişəsinin nizama salınması) üzərində iş uzun illər aparılıb, düşünürəm, biz (razılaşmaya) nisbətən yaxınıq, amma lazımdır ki, bununla başqa insanlar razılaşsınlar. Bir çox ərəb ölkələri bununla razılaşıb, onların xoşuna gəlir. Onlar hesab edirlər ki, bu, böyük başlanğıcdır”, – ABŞ prezidenti əlavə edib. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ləğv edilmiş Palatanın əməkdaşı Mərkəzi Bankda vəzifəyə təyin olunub

Sonrakı məqalə

Ermənistan gecə cəbhə xəttində atəşkəsi pozub