Tramp bu telefon danışığına görə vəzifəsini itirə bilər –İmpiçment qalmaqalı  

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirir ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.

Ukrayna Prezidenti isə öz növbəsində vəd verir ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq. Qeyd edək ki, D. Trampla V. Zelenski arasında telefon danışığı iyul ayının 25-də baş tutub. Bundan sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayır. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Xatırladaq ki, bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstefaya göndərilmiş Heydər Əliyev SSRİ Ali Sovetinin iclasında Rəşid Behbudova nə deyib? –

Sonrakı məqalə

Daxili İşlər naziri Lənkərana gedib –