Tramp Consonu qələbə münasibətilə təbrik etdi:"Bunu qeyd et, Boris!"

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Boris Consonu sədrlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə D. Tramp “Twitter”də bildirib.

Boris Consonu böyük qələbə münasibətilə təbrik edirəm. “Brexit”dən sonra Böyük Britaniya və ABŞ yeni ticarət razılaşmasını əldə etməkdə sərbəst olacaq. Bu razılaşma Avropa İttifaqı ilə birgə əldə edilə biləcək hər hansı razılaşmadan daha böyük və daha gəlirli olacaq. Bunu qeyd et, Boris!”, – deyə ABŞ Prezidenti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sizin icra başçınız –

Sonrakı məqalə

Biznesmen işçilərinə qeyri-adi yeni il hədiyyəsi etdi –