ABŞ Prezidenti Donald Tramp reseptlə verilən dərmanların qiymətinin ucuzlaşdırılması istiqamətində fərman imzalayacağını bəyan edib. AzPost bildirir ki, Donald Tramp bu barədə sosial media hesabında bildirib. “Sabah saat 09:00-da ölkəmizin tarixində ən vacib icraedici fərmanlardan birini imzalayacağam. Reseptlə verilən dərmanların və digər preparatların qiymətləri demək olar ki, 30–80 faiz ucuzlaşacaq”, – deyə dövlət başçısı yazıb. Prezidentin sözlərinə görə, fərman qüvvəyə mindikdən sonra ABŞ ən ucuz dərman qiymətlərinə malik olacaq.

AzPost.az