Tramp ermənipərəst senatoru vətənə xəyanətdə ittiham etdi  

01 Oktyabr 2019 - 09:45

ABŞ prezidenti Tramp Senatın kəşfiyyat üzrə komitəsinin rəhbəri Adam Şiftin həbs edilməsini tələb edib.

Azpost.info bildirir ki, Tramp senatoru vətənə xəyanətdə ittiham edib.  Tviterdə yazdığı açıqlamada Tramp qeyd edib ki, Şiff onun adından “dəhşətli və feyk fikirləri” yazıb.

Prezidentin sözlərinə görə, Şiff onun Ukrayna prezidenti Zelenski ilə telefon danışğının ən mühüm hissəsini təhrif edib.

Xatırladaq ki, Adam Şiff Trampı Zelenskiyə təzyiq etməkdə ittiham edib. Tramp senatoru fıırıldaqçı adlandırıb.

Adam Şiff erməni diasporası ilə yaxşı əlaqləri var və daim Qarabağ məsələsində Ermənistanı dəstək verir.