Tramp həbsdə olan qudasını əfv etdi

ABŞ Prezidenti Donald Tramp dekabrın 23-də daha 26 nəfəri əfv edib. Siyahıda onun seçki qərargahının keçmiş sədri Pol Manafortun, respublikaçı əməliyyatçı Rocer Stounun və prezidentin kürəkəni və müşaviri Jared Kuşnerin atası Çarlz Kuşnerin də adları var.

O, daha üç nəfərin cəzasını yüngülləşdirib. Bir gün öncə Tramp 15 nəfəri əfv eləmişdi, onlardan ikisi Rusiya istintaqında müstəntiqlərə yalan danışdıqlarını boyunlarına almışdılar.

Manafort da Rusiya istintaqı çərçivəsində mühakimə olunub, qanunsuz lobbiçilik, şahidlərə əngəl yaradılması, bank və vergi fırıldağına görə 7 ildən çox həbsə məhkum edilib. Hazırda o, cəzasını evdə çəkir, COVID-19 pandemiyasına görə ev dustaqlığına buraxılıb.

Stoun üç il dörd aylıq cəzasını çəkməyə başlamamışdan Tramp cəzanı yüngülləşdirdmişdi.

Çarlz Kuşner isə iki illik həbsə məhkum edilib, o, 2004-cü ildə vergidən yayındığını, şahidlərə əngəl yaratdığını, qanunsuz seçki ianələri etdiyini boynuna alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvan şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub

Sonrakı məqalə

“Dağlıq Qarabağın statusu əlavə danışıqların aparılmasını tələb edir” –