Tramp impiçmentə hazırdır

02 Noyabr 2019 - 09:57

Ağ Ev demokratların Nümayəndələr Palatasında ABŞ prezdenti Donald Trampın impiçmentinə səs verəcəklərini gözləyir.

Trend-in “RİA Novosti”yə isitnadən veridyi məlumata görə, bu barədə “Fox News”a müsahibəsi zamanı D.Trampın mətbuat katibi Stefani Qrişem bildirib.

S.Qrişem deyib: “Biz impiçmentin baş verəcəyinə hazırıq. (Nümayəndələr Palatasının spikeri) Nensi Pelosi demokratların Palatada səs verəcəyini aydın şəkildə ifadə edib”.

Mətbuat katibi əlavə edib: “Mən bunun qəti baş verəcəyini deməzdim, amma biz bunu gözləyirik”.