Tramp impiçment işi üzrə dinləmələrdə çıxış edə bilər:"Bu ideya mənim xoşuma gəlir"

ABŞ Prezidenti Donald Tramp impiçment işi üzrə dinləmələrdə çıxış etmək imkanlarını nəzərdən keçirəcəyini deyib.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, Donald Tramp nümayəndələr palatasının spikeri Nensi Pelosinin dinləmələrdə ona qarşı irəli sürülən ittihamlara cavab vermək təklifini xatırladıb.

“O, cavabı yazılı şəkildə verə biləcəyimi deyib. Pis iş görməmişəm və qanunsuz prosesə legitimlik qazandırmağı sevmirəm, bu ideya mənim xoşuma gəlir. Konqresin fikrini yenidən toplaması üçün bunu diqqətlə nəzərdən keçirəcəyəm”, – deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, ABŞ-da Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı ətrafinda böyük qalmaqal yaşanır. Birləşmiş Ştatlar və Ukrayna prezidentlərinin telefon danışığının stenoqramı Donald Trampın həqiqətən də Kiyevə maliyyə yardımı qarşılığında Vladimir Zelenskidən direktorlar heyətinə Co Baydenin oğlunun da daxil olduğu “Burisma Group” kompaniyasının, həmçinin Hanter Baydenin özünün fəaliyyətini araşdıran Ukraynanın sabiq Baş prokuroru Viktor Şokinin istefa şəraitinin tədqiqi barədə xahiş etdiyini təsdiqləyib. Birləşmiş Ştatlar liderinin impiçment prosedurunun başlamasına məhz bu qalmaqal səbəb olub. Demokrat Co Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Cəlil Məmmədquluzadənin nəticəsi:

Sonrakı məqalə

Ermənistanın sabiq Baş nazirindən sensasiyalı açıqlama: