Tramp İranı yenə hədələdi, silahlı fotosunu paylaşdı - “Artıq həmin yaxşı adam yoxdur!”
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib.
Prezident bu barədə özünün “Truth Social” hesabında yazıb.
“Artıq o yaxşı adam yoxdur”, - deyə Tramp özünə işarə edərək bildirib.
“İran özünü ələ ala bilmir. Onlar nüvə razılaşmasını necə imzalayacaqlarını bilmirlər. Tezliklə ağıllanmalıdırlar”, - deyə Tramp paylaşımında qeyd edib.
ABŞ prezidenti həmçinin mətnə əlində avtomat silahı olan fotosunu əlavə edib.
Əlaqəli xəbərlər
Növbəti xəbər yüklənir...