Tramp Kapitolidəki tərəfdarlarına müraciət etdi:

“Təmkinli olun, zorakılığa yol verməyin” 
07 Yanvar 2021 - 00:22

ABŞ prezidenti Tramp Kapitoli qarşısında etiraz aksiyası keçirən tərəfdarlarına müraciət edib.

Azpost.info bildirir ki, prezident aksiya iştirakçılarını təmkinli olmağa çağırıb: “Kapitolidə olanları dincliyi saxlamağa çağırıram. Heç bir zorakılıq olmamalıdır! Unutmayın, biz qanun və qayda partiyasıyıq. Qanuna və mavi geyimdə olan qüdrətli qadın və kişilərimizə hörmət edin. Sağ olun!”