Tramp Klintonu ələ saldı:

“Hillarinin başı xarab olub”
20 Oktyabr 2019 - 10:28

ABŞ Prezidenti Tramp yazdığı tvitdə sabiq dövlət katibi Hillari Klintonu təhqir edib.

Azpost.info bildirir ki, Klintonun çıxışında bir sıra konqresmenlərə “rus agenti” deməsi Trampı hirsləndirib. Belə ki, ABŞ –ın sabiq dövlət katibi Nümayəndələr Palatasının Havay ştatından olan üzvü Tulsi Qabbardı “Rusiyanın favoriti”, seçkidə özünün rəqibi olmuş Cil Staynı isə “rus agenti” adlandırıb.

“ Hillarinin başı xarab olub. Hamının bildiyi kimi məni də Rusiyanı sevən adam deyirdilər. Həqiqətən rus xalqı xoşuma gəlir”.-deyə Tramp tvitterdə yazıb.