“Tramp məğlub olsa, ABŞ sosialist ölkəsinə çevriləcək” –İlon Mask

Əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq.

Bunu amerikalı milyarder iş adamı İlon Mask X sosial şəbəkəsində paylaşımında bildirib.

“SpaceX” şirkətinin və X sosial şəbəkəsinin sahibi olan iş adamı qeyd edib ki, bu halda o qədər qeyri-leqal miqrant leqallaşdırılacaq ki, hər hansı tərəddüd müşahidə olunacaq ştat qalmayacaq və ABŞ birpartiyalı sosialist ölkə olacaq.

Qeyd edək ki, İlon Mask prezident seçkilərində Donald Trampı dəstəkləyir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.