ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyini hesab edir. Bu barədə ABŞ prezidenti "NBC News" telekanalına deyib. "Güman edirəm ki, bəli", - deyə Tramp bildirərək gələcəkdə İlon Mask ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib. "Mənim çoxlu başqa işlərim var. Onunla danışmaq fikrində deyiləm", - deyə D.Tramp əlavə edib. Amerika prezidenti İ.Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib.

AzPost.az