Tramp NATO-nun baş katibi ilə Qrenlandiyanı müzakirə etdi

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib.

Bu barədə M.Rutte “X” sosial şəbəkəsində yazıb.

NATO-nun baş katibi tərəflərin bu cür təmasları, xüsusən də 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdirəcəklərini vurğulayıb.

Qeyd edək ki, D.Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsini hədəflədiyini bildirib, çünki bunu ölkəsinin milli təhlükəsizliyi üçün vacib hesab edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.