Tramp Qələbə günü münasibətilə Moskvada paradda iştirak etmək istədiyini deyib

09.11.2019 · 10:48 · Dünya
Putin Tramp

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Trend-in məlumatına görə, amerikalı lider bunu TASS informasiya agentliyinin sualını cavablandırarkən deyib. D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün dəvət alıb. Lakin 2020-ci ildə həmin dönəmlərdə ABŞ-da seçkiöncəsi olduğu üçün Moskvaya səfər edib-etməyəcəyi barədə konkret söz deməyə çətinlik çəkdiyini deyib.