Tramp Türkiyəyə qarşı sanksiya fərmanı imzaladı –Müdafiə və Daxili işlər nazirlərinin adları siyahıya salındı

ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyətlə əlaqədar olaraq Türkiyəyə qarşı sanksiyaların tətbiqini əks etdirən fərman imzalayıb. 

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

Dövlət Departamenti rəhbəri açıqlamasında qeyd edib ki, sanksiyalar Türkiyəni Suriyadakı hərbi əməliyyatları dayandırmağa məcbur etmək məqsədilə tətbiq edilir.

Rəsmi Vaşinqton Suriyada həyata keçirilən “Barış bulağı” hərbi əməliyyatların dayandırılmaması ilə bağlı Türkiyənin üç nazirinin adını sanksiyalar siyahısına əlavə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib. Adları sanksiyalar siyahısına əlavə edilən nazirlər Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və daxili işlər naziri Süleyman Soyludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Qaradağ sakini küçədə öldü