Tramp və Ərdoğan nələri müzakirə edib? –"Məni Türkiyəyə dəvət etdi"

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edilib.

Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyir.

“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, – Tramp qeyd edib.

Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.