Tramp yaşayış yerini dəyişdi- Nyu-Yorkdan Floridaya köçdü

ABŞ Prezidenti Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Florida ştatının Palm-Biç şəhərinə dəyişdiyini təsdiqləyib.

ABŞ prezidenti bu barədə məlumatı özünün “Twitter” səhifəsinə yerləşdirib.

“Mən və ailəm Palm-Biç şəhərini daimi yaşayış yeri edəcəyik. Nyu-Yorku və onun sakinlərini sevirəm. Hər il şəhərə, ştata və yerli hakimiyyətə milyonlarla dollar vergi vermək məcburiyyətindəyəm, lakin həm şəhərin, həm də ştatın siyasi liderləri mənə pis münasibət bəsləyir. Prezident kimi hər zaman Nyu-Yorka və onun sakinlərinə kömək etməyə hazıram. O, hər zaman qəlbimdə xüsusi yerə malik olacaq”, – dövlət başçısı “Twitter”də belə yazıb.

Bir qədər əvvəl “The New York Times” qəzeti Palm-Biç dairə məhkəməsinin sənədlərinə istinadla Donald Trampın vergi məsələləri ilə bağlı daimi yaşayış yerini dəyişdiyi barədə məlumat yaymışdı(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fuad Qəhrəmanlı saxlanılıb

Sonrakı məqalə

Hava şəraiti ilə bağlı sürücülərə