Trampa qarşı olan ən ciddi məhkəmə ittihamına xitam verildi

ABŞ-ın xüsusi prokuroru Cek Smit Vaşinqton federal məhkəməsindən Donald Trampa qarşı qaldırılımış 2020-ci il seçkilərini sarsıtmaq və məxfi sənədləri idarə edə bilməmək üzrə ittiham olunan işə xitam verilməsini istəyib.

Azpost.info bildirir ki, Ədliyyə Nazirliyinin mövqeyinə görə, Konstitusiya işə cavabdehin andiçmə mərasimindən əvvəl xitam verilməsini tələb edir. “Bu nəticə təqsirləndirilən şəxsə qarşı işin mahiyyətinə və ya gücünə əsaslanmır”-deyə Smit ABŞ Dairə Məhkəməsinin hakiminə göndərilən altı səhifəlik sənəddə yazıb.

Bir neçə saat ərzində hakim Tanya Çutkan Smitin ittiham aktının rədd edilməsi barədə vəsatətini təmin edib.

Tramp bildirib ki, Smit vəzifəyə gələn kimi Smiti işdən çıxaracaq.

Əvvəlki məqalə

“Made in Turan” brendi ilə məhsullar bazara çıxarılacaq

Sonrakı məqalə

Saray qəsəbəsində qazıntı zamanı xeyli qumbara tapılıb –