ABŞ Ticarət katibi Vilbur Ross Prezident Donald Trampın BMT-nin Baş Məclisində çıxışı zamanı yuxuya gedib.
Trend-in məlumatına görə, jurnalistlərin yayımladığı görüntülərə əsasən siyasətçi başını aşağı salaraq yuxulayıb və təxminən 15 dəqiqə bu vəziyyətdə olub.
Qeyd edək ki, nazir ictimai tədbirlərdə ilk dəfə deyilki yuxuya gedir. Xüsusilə, 2017-ci ildə Trampın Səudiyyə Ərəbistanındakı çıxışı zamanı Ross oxşar vəziyyətə düşmüşdür.