Trampın çıxışı zamanı ABŞ ticarət nazirini yuxu apardı  

ABŞ Ticarət katibi Vilbur Ross Prezident Donald Trampın BMT-nin Baş Məclisində çıxışı zamanı yuxuya gedib.

Trend-in məlumatına görə, jurnalistlərin yayımladığı görüntülərə əsasən siyasətçi başını aşağı salaraq yuxulayıb və təxminən 15 dəqiqə bu vəziyyətdə olub.

Qeyd edək ki, nazir ictimai tədbirlərdə ilk dəfə deyilki yuxuya gedir. Xüsusilə, 2017-ci ildə Trampın Səudiyyə Ərəbistanındakı çıxışı zamanı Ross oxşar vəziyyətə düşmüşdür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dollar və rubl bu gün neçəyədir? –

Sonrakı məqalə

Gecə cəbhə xəttində nisbi sakitlik olub