Trampın iqamətgahının yaxınlığında şübhəli İran vətəndaşı saxlanılıb

ABŞ prezidenti Donald Trampın Floridada yerləşən iqamətgahı yaxınlığında bıçaq və külünglə silahlanmış İran vətəndaşı saxlanılıb. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə cümə günü səhər saatlarında baş verib.

Polis “şübhəli şəxs” barədə məlumat aldıqdan sonra Amerika prezidentinin iqamətgahının 6 kilometrliyində bir kişini saxlayıb. İran vətəndaşı olan Məsud Ereyzolehdən iki bıçaq, maçete (enli bıçaq) və külüng götürülüb. Bundan başqa, onun üzərində 22 min dollar və İran vətəndaşı olduğunu təsdiq edən pasport olub.

Polis araşdırmanı davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK qeydə alınmış deputatlığa namizədlərin adlarını açıqladı –

Sonrakı məqalə

Xameneyi göstəriş verdi: