Trampın özundən bir yaş böyük olan qayınanası vəfat edib

ABŞ-ın 77 yaşlı sabiq prezidenti Donal Trampın qayınanası Amaliya Knavs 78 yaşında vəfat edib.

Azpost.info xəbər verir ki, bu barədə Trampın həyat yoldaşı Melaniya X (Tviter) hesabında məlumat verib.

“Dərin hüznlə sevimli anam Amaliya xanımın vəfat etdiyini bildirirəm. Amalia Knavs ləyaqətli və güclü qadın idi”, – Melaniya Tramp yazıb.

ABC News-un məlumatına görə, Melaniyanın anası uzun sürən xəstəlikdən sonra çərşənbə axşamı, yanvarın 9-da axşam dünyasını dəyişib.

Keçmiş birinci xanımın özü anasının ölüm səbəbini açıqlamayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.