Türkiyə ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh təşəbbüslərini dəstəkləyir.
Azpost.info-nun məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin açılış mərasimindəki çıxışında bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə sülh prosesini asanlaşdırmaq üçün Rusiya ilə mövcud kommunikasiya kanallarından istifadə etməyə davam edir.
“Biz ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh təşəbbüslərini dəstəkləyirik və münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün Rusiya ilə kommunikasiya kanallarımızdan istifadə edirik”-deyə prezident vurğulayıb.