Trampın xüsusi nümayəndəsi və kürəkəni Putinlə görüşə gəlir

ABŞ prezidentinin xüsusi nümayəndəsi Vitkoff və Trampın kürəkəni Kuşner tezliklə Putinlə görüşmək və Ukrayna üçün sülh planını müzakirə etmək üçün Moskvaya səfər etməyi planlaşdırırlar.

AzPost-un məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik mənbələrə istinadən bildirir ki, görüş yanvar ayında baş tuta bilər. Lakin planlar hələlik dəqiqləşdirilməyib və İrandakı hadisələr səbəbindən düzəlişlər edilə bilər.

Tarixin razılaşdırılmasına əsas maneə Putinin yeni görüşə marağı məsələsidir.

Vitkoff və Kuşnerin ABŞ və Avropadan Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri, eləcə də ölkənin müharibədən sonrakı yenidən qurulması ilə bağlı məsələlər daxil olmaqla yenilənmiş sülh təkliflərini təqdim etmələri gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.