Türk həkimləri Oqtay Güləliyevi müayinə etdi –Hüquq müdafiəçisi Türkiyəyə aparılır

Komada olan hüquq müdafiəçisi Oqtay Güləliyev Türkiyəyə aparılır.

Modern.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Güləliyev bildirib.

“Türkiyədən gələn həkimlərin bildirdiyinə görə, atanın vəziyyəti ağırdır. Və həkimlər əlavə ediblər ki, Türkiyəyə aparılmasında heç bir təhlükə yoxdur..

Ailəsi olaraq aparılması üçün razılıq verdik, hazırda aparılması üçün hazırlıq işləri görülür”.

Oqtay Güləliyev türkiyəli həkimlər Bakıya Heydər Əliyev Fondunun dəvəti ilə gəliblər..

Xatırladaq ki, Oqtay Güləliyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, düz piyada xəttinin üstündə baş verib.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Güləliyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Güləliyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Güləliyev “City Hospital”a köçürülüb, oktyabrın 30-u saat 13 radələrində burada əməliyyat olunub.

Noyabrın 1-də Oqtay Güləliyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. O, hazırda burada müalicə olunur, 2-ci dərəcəli koma vəziyyətindədir, ətrafında baş verənlərdən xəbərsizdir.

Oqtay Güləliyevdə beyin əzilməsi baş verib, beyin qişalarında əzilmə olub, sərt qişanın altında üç yerdə hematoma (qan yığıntısı) əmələ gəlib. Əməliyyat zamanı hematoma çıxarılıb, amma beyin ödəmi qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb

Sonrakı məqalə

Həzi Aslanov Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindən azad edildi –