Türk həkimləri Oqtay Güləliyevlə bağlı rəyi açıqladılar:"Beyın hüceyrələri sıradan çıxıb... Hərəkət edə, danışa bilməyəcək"

Müalicə üçün Bakıdan İstanbula aparılan hüquq müdafiəçisi Oqtay Güləliyevlə bağlı dəhşətli xəbər açıqlanıb.

Modern.az-ın məlumatına görə, Oqtay Güləliyevin oğlu Təbriz Güləliyev atasının son durumu ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb: “Təəssüflər olsun… Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar. Həkimlərin bildirdiyinə görə atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq…
Həmçinin, həkimlər bildiriblər ki, komadan ayılması uzun çəkə bilər. Bu müddət 6 ay, hətta 1 il belə ola bilər”.

Oqtay Güləliyev Türkiyədə – İstanbul şəhərində Avrasiya klinikasına yerləşdirilib.

Qeyd edək ki, hüquq müdafiəçisinin Türkiyədə müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukrayna və ABŞ yeni protokol imzaladı

Sonrakı məqalə

Rusiya XİN Azərbaycanın notasına cavab verib