Türk ordusunun sabiq qərargah rəisi Yaşar Büyükanıt vəfat etdi

21 Noyabr 2019 - 10:25

Türkiyənin 25-ci Baş Qərargah rəisi (2006-2008-ci illərdə), istefada olan orgeneral Yaşar Büyükanıt bu gün səhər saatlarında İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Modern.az “İhlas” agentliyinə istinadla xəbər verir ki, general ürək çatışmazlığından əziyyət çəkirmiş.

Qeyd edək ki, Y.Büyükanıt bir gün öncə həyat yoldaşını torpağa vermişdi.