Türkiyə ABŞ-dan 4,5 milyon doza “Pfizer” peyvəndi almaq niyyətindədir

25 Dekabr 2020 - 00:32

Türkiyə mart ayının sonuna qədər ABŞ-ın “Pfizer” şirkəti və onun alman tərəfdaşı “BioNTech” tərəfindən istehsal olunan 4,5 milyon doza koronavirus peyvəndi almaq niyyətindədir.

Bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Bu peyvənd iki etnik türk tərəfindən hazırlandığı üçün lap əvvəldən Türkiyədə məhz ondan istifadə etmək istəyirdik. Problem istehsalçının məsuliyyəti ilə bağlı idi. Müzakirələr zamanı bu məsələ qismən həll edildi. Mart ayının sonuna qədər 4,5 milyon doza almaq istəyirik. Təkcə yanvar ayında 1-1,5 milyon doza”, – F.Koca belə deyib.

Onun sözlərinə görə, müqavilədə 30 milyon dozanın çatdırılması nəzərdə tutula bilər.(APA)