Türkiyə Bosfor boğazını bağlayacaq? –Çavuşoğlu "Montrö Konvensiyasını tətbiq edəcəyik" dedi

Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu Ukraynadakı vəziyyətin “müharibə”yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb.

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Lukaşenkoya dedim ki, ruslarla sərhəd çayı üzərində görüşə bilərik” –

Sonrakı məqalə

Rusiya -Ukrayna danışıqlarının keçiriləcəyi yer açıqlandı