Türkiyə Böyük Millət Məclisinin Sədrinin Gəncəyə səfəri başlayıb

20 Oktyabr 2020 - 13:14

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gedib.

Səfərin məqsədi  cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır.