Türkiyə-Gürcüstan sərhədində yük maşınlarının 5 kilometrlik növbəsi yaranıb

1574679185825_kkY2Ynnw

Türkiyə-Gürcüstan sərhədində yerləşən Sarp Gömrük Keçid Məntəqəsinin Türkiyə hissəsində yük maşınlarının 5 kilometr uzunluğunda növbəsi yaranıb. 

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Gömrük keçid məntəqəsindən verilən açıqlamada bildirilib ki, gecikmənin səbəbi mövsümidir və hər yeni ilin yaxınlaşması ilə əlaqədar sərhəd keçid məntəqəsində sıxlıq artır.

“İxracatçılar ilin sonunun yaxınlaşması səbəbi ilə öhdəliklərini yerinə yetirməlidirlər, buna görə də son günlər gömrük məntəqəsində sıxlıq yaşanır”, – deyə açıqlamada bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir