Türkiyə həbsxanalarında nə qədər İŞİD-çi var?

04.11.2019 · 13:04 · Dünya

Türkiyə həbsxanalarında olan İŞİD terror təşkilatının üzvlərinin sayı açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, ölkə həbsxanalarında 1200 İŞİD-çi var.

Onun sözlərinə görə, “Barış bulağı” hərəkatından sonra aralarında qadın və uşaqların da olduğu 287 İŞİD-çi saxlanılıb.