Türkiyə İsveçin NATO-ya üzvlük üçün müraciətini təsdiqləyib

24.01.2024 · 00:40 · Dünya

Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib.

Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib.

Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.